“Qarabağ” Alper Potukla razılığa gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Alper Potukla razılığa gəldi

İdman

01 Fevral 2020 08:10 1258


“Qarabağ” “Fənərbaxça”nın futbolçusu Alper Potukla razılığa gəlib.

“Yeni Sabah” “Milliyyet”ə istinadən xəbər verir ki, Ağdam klubu yarımmüdafiəçini birdəfəlik almaq üçün yüksək təzminat ödəməkdə çətinlik çəkdiyindən Potuku icarəyə götürmək niyyətindədir. 

Xəbərdə bildirilib ki, “Fənərbaxça” 28 yaşlı futbolçunu digər Türkiyə Super Liqa təmsilçisi “Rizəspor”a icarəyə vermək istəyir, lakin futbolçu “Qarabağ”a keçmək niyyətindədir. Pepperoni pizza

Məlumata görə, “Qarabağ” Alperin maaşının bir hissəsinin “Fənərbaxça” tərəfindən ödənilməsini istəyir. İllik 1.2 milyon avro qazanan futbolçunun mövsümün ortası olduğu üçün 600 min avro maaşı qalıb. Ağdam klubunun bu məbləğin yarısından bir qədər çoxunu ödəmək istədiyi iddia edilib. Ağdam təmsilçisi futbolçu ilə razılığa gəlsə də, yekun qərarı İstanbul təmsilçisi verəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!