“Qarabağ” APOEL-ə “qan uddurdu”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” APOEL-ə “qan uddurdu”

İdman

07 Avqust 2019 05:27 1406


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti oyununu keçirib. Komandamız Kiprdə APOEL-lə qarşılaşıb. 

Ağdam təmsilçisinin ilk qolunu 54-cü dəqiqədə Mahir Emreli vurub. Bu qoldan sonra hücunmarını artıran ölkə təmsilçimiz Maqaye Qeyenin 69-cu dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi artırıb.  pizza mizza

Əsas vaxta əlavə edilən vaxtda isə rəqibin oyunçusu Merkis təsəlli qolunu vurub. 

Beləliklə, "Qarabağ" səfər matçında inamlı qələbə qazanıb. 2:1. 

Qeyd edək ki, "Qarabağ" Kipr klubunu mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!