“Qarabağ” APOEL-ə qarşı

“Qarabağ” APOEL-ə qarşı

İdman Veb saytların hazırlanması

06 Avqust 2019 07:47 1034


Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

“Yeni Sabah” xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli turnirində təmsil edən “Qarabağ” da bu gün oyuna çıxacaq. 

Komandamız səfərdə Kipr təmsilçisi APOEL-in qonağı olacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Qeyd edək ki, komandalar arasındakı cavab matçı 1 həftə sonra- 13 avqustda Bakıda keçiriləcək. Tofiq Bəhramov adına stadionda keçiriləcək oyun yerli vaxtla 20:30-da başlayacaq. “Ağ-göylər” APOEL- mübarizədən kənarladırarsa, play-off mərhələsində PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!