“Qarabağ” “Aşdod”la oyunlar üçün iştirak ərizəsini açıqladı   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Aşdod”la oyunlar üçün iştirak ərizəsini açıqladı - SİYAHI

İdman

18 İyul 2021 21:42 1529


"Qarabağ" klubunun UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində İsrail "Aşdod"u ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Məlumata əsasən, əsas siyahıya 2 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 1 hücumçu daxil edilib. Ehtiyat siyahıda isə 5 oyunçu yer alıb. Dominos pizza

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes;

Hücumçular: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, "Qarabağ" "Aşdod"la ilk matçını iyulun 22-də evdə, cavab görüşünü iyulun 29-da səfərdə keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!