“Qarabağ” avrokuboklardan 13 milyon avro gəlir əldə edib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” avrokuboklardan 13 milyon avro gəlir əldə edib

İdman

09 Fevral 2024 11:49 635


Qarabağ"ın 2022/2023-cü illər mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub. 

Yenisabah.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə 13 198 000 avro qazanıb.

Bu məbləğin 5 046 000 avrosu Çempionlar Liqasının təsnifat mərhələlərində, 7 844 000 avrosu Avropa Liqasının qrup mərhələsində, 308 000 avrosu isə Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə kluba ödənilib. Toyuqlu pizza

Buraya iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!