"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" üstünlüyü ilə yekunlaşıb. Minimal hesablı üstünlük Belçika klubuna əlavə vaxtda oynamağa şans verib. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib.
Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb. pizza
Qeyd edək ki, bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.
Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu
00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol: Orban, 75
"Gent": + + + + +
"Qarabağ": + + + -
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR: Devid Kut (İngiltərə)
Gent, "Gelamko Arena"
İlk oyun - 0:1.
Telegram kanalımız