Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da 2023/24 mövsümündə qrupda ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveç çempionu "Molde" klubunu qəbul edib. Matç "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Qrupun digər matçında "Bayer" (Almaniya) "Hakken"i (İsveç) qəbul edib və 4 cavabsız qolla qalib gəlib.
21 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
H qrupu
20:45 "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) -1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya)
Telegram kanalımız