“Qarabağ“ Avropanın Top-100-nə düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Avropanın Top-100-nə düşdü

İdman

30 İyul 2022 20:06 1487


Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

Yenisabah.az Apasport.az-a istinadla xəbər verir ki, Azərbaycan siyahıda bir komanda ilə təmsil olunub.

Bu, Ağdamın “Qarabağ” klubudur. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var. Marqarita pizza

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.

“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.

Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.

Qeyd edək ki, Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!