“Qarabağ” azarkeşlərinə pulsuz avtobus ayırdı

“Qarabağ” azarkeşlərinə pulsuz avtobus ayırdı

İdman Veb saytların hazırlanması

30 İyul 2019 15:24 1083


“Qarabağ" sabah  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Dalğa Arena"da İrlandiyanın "Dundalk" klubu ilə üz-üzə gələcək.

“Yeni Sabah” klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün “Qarabağ” tərəfindən xüsusi avtobuslar ayrılıb:

“Sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun bileti ilə giriş olacaq. Qarşılaşmadan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaq”.

Qeyd edək ki, matça 21:00-da start veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!