“Qarabağ Azərbaycana aiddir” - Almaniya Bundestaqının deputatı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ Azərbaycana aiddir” - Almaniya Bundestaqının deputatı

Siyasət

09 Yanvar 2020 07:00 2719


Azərbaycan ilə Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib. 

O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir.  Toyuqlu pizza

Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bildirib: 

“Heç şübhəsiz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, bu, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərti ilə olmalıdır. Bu mənada biz ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona çatsın, Qafqazda sülh bərqərar olsun”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!