UEFA-nın ölkələr üçün yeni reytinq cədvəli açıqlanıb.
Yenisabah.az xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Bakıda Norveç “Molde”sini məğlub edən (1:0) “Qarabağ” ölkəmizə 0,500 xal qazandırıb.
Buna baxmayaraq Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Ölkəmiz 17,375 xalla qitənin 29-cusudur. 28-ci pillədəki Slovakiya ilə fərqi azaltmaq da mümkün olmayıb. “Slovan”ın evdə “KI Klaksvik”lə (Farer adaları) qarşılaşmada qələbə qazanması (2:1) buna imkan verməyib.
Siyahıya 90,303 xalla İngiltərə başçılıq edir. İspaniya 78,864 xalla ikinci, 73,141 xalı olan İtaliya üçüncüdür.
Telegram kanalımız