“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

İdman

16 Sentyabr 2022 10:08 1085


Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını artırıb.

Yenisabah.az-ın məlumatına görə, bu, "Qarabağ"ın Avropa Liqasının G qrupunun II turunda Fransa "Nant"ı üzərində 3:0 hesablı ev qələbəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkənin aktivinə daha 0,500 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.500-ə, son 5 mövsümdə isə 15,125-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Slovakiyanın 17,000 xalı var. pizza mizza

"Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un Yunanıstanda Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzması səbəbindən, Yunanıstan 24,725 xalla 20-ci pilləyə enib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!