“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

İdman

12 İyul 2023 13:26 1078


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişiklik olub. 

Yenisabah xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb. 

Buna "Qarabağ"ın dünən "Linkoln"la oyunda qalib gəlməsi (2:1) səbəb olub. Cəbəllütariqdə qazanılan qələbə nəticəsində ölkəmiz xal ehtiyatını daha 0,250 artırıb. Azərbaycan son 5 mövsümdəki xallarını 14,500-ə çatdırıb. Ölkəmiz hazırda reytinq siyahısında əvvəlki kimi  29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Slovakiyanın 14,625 xalı var. Moldova 11.125 xalla 30-cudur. pizza sifarişi

Qeyd edək ki, siyahıya 88.928 xalla İngiltərə başçılıq edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!