“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Azərbaycanın xal ehtiyatını artırdı

İdman

01 Sentyabr 2023 10:23 373


“Qarabağ”ın Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. 

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində Bakıda Sloveniya “Olimpiya”sı ilə 1:1 hesablı ilə heç-heçə edərək, ölkə reytinqinə 0,125 xal əlavə edib. 

Azərbaycan hazırda 29-cu pillədədir. Bununla ölkənin 2023/24 mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatıb. 28-ci yerdəki Slovakiya ilə aradakı fərq 0,500 xaldır.  pizza sifarişi

Reytinqə 89,178 xalla İngiltərə liderlik edir. İspaniya (75,989) 2-ci, İtaliya (71.712) isə 3-cü pillədə qərarlaşıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!