Qarabağ balı Fransaya ixrac olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ balı Fransaya ixrac olunacaq

İqtisadiyyat

27 Oktyabr 2021 01:37 1076


Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən "Karvaçar" qondarma adı ilə uzun müddət Fransada satılıb: "Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq". Toyuqlu pizza

Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

"Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!