“Qarabağ” - “Bayer” oyunu ingilis hakimlərə tapşırıldı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Bayer” oyunu ingilis hakimlərə tapşırıldı 

İdman

07 Noyabr 2023 13:16 1022


Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Bayer" (Leverkuzen) oyunu üçün hakim təyinatları açıqlanıb. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Kreyq Pouson idarə edəcək. Ona həmyerliləri Simon Bennett və Lee Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Brooks yerinə yetirəcək. 

VAR hakimləri Carred Qillet və Mişel Salisburu olacaq.  Dominos pizza

Qeyd edək ki, noyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən oyun saat 21:45-də başlayacaq. Bu komandalar arasında Almaniyadakı matçda Leverkuzen təmsilçisi 5:1 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!