“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”- “Bayer” oyununa 15 min bilet satılıb 

İdman

03 Noyabr 2023 12:49 1057


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 min bilet satılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bilet satışları davam edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.  Dördpendirli pizza

Biletləri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kasalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!