“Qarabağ” “Bayer”i keçsə, bu qədər qazanacaq - MƏBLƏĞ

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Bayer”i keçsə, bu qədər qazanacaq - MƏBLƏĞ

İdman

07 Mart 2024 10:10 7781


Xəbər verdiyimiz kimi, "Qarabağ" bu gün UEFA Avropa Liqası çərçivəsində Almaniyanın "Bayer" klubunu qəbul edəcək.

Referans.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Almaniyanın "Bayer" komandasına qalib gələcəyi təqdirdə 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq. "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün "Bayer"lə qarşılaşacaq. Komandalar bu mərhələdə üz-üzə gələcəklər və bu mərhələnin qalib komandası 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanacaq.

Xatırladaq ki, bu məbləğ iki oyunun nəticəsinə əsasən hesablanır, Ağdam təmsilçisi məğlub olacağı təqdirdə bu məbləği əldə edə bilməyəcək. pizza hut

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. Görüşün baş hakimi fransalı Benua Bastyendir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!