“Qarabağ“ - “Bazel“: Kim qalib gələcək?   - “Çəkinmək lazım deyil“

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ - “Bazel“: Kim qalib gələcək? - “Çəkinmək lazım deyil“

İdman

16 Sentyabr 2021 12:53 900


Bu gün Avropa Liqası və Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda “Qarabağ” və “Bazel”lə qarşılaşacaq.

Tanınmış idman yazarı Natiq Muxtarlı Yenisabah.az-a bugünkü oyunu şərh edib. O, “Bazel”-in çox ciddi rəqib olduğunu bildirib:

“Bazel” olduqca ciddi rəqibdir. Avropa futbolunda ənənəsi və uğurları olan, hörmət edilən bir klubdur. Üstəlik, İsveçrə çempionatı da rəqabətin olduğu çempionatlardan sayılır. Təkcə o faktı xatırladım ki, İsveçrə çempionu “Yanq Boyz” Çempionlar Liqasının qrupunda oynayır və ilk turda “Mançester Yunayted”ə qalib gəlib. “Qarabağ” isə zəif Azərbaycan çempionatının təmsilçisidr. Azərbaycan çempionu “Neftçi”ni avrokubokların hər üç turnirində kötəkləyiblər. Ona görə də, “Bazel”i ciddi rəqib kimi qəbul etməməyə heç bir haqqımız yoxdur. Lakin “Bazel”in “Qarabağ” önündə aşkar favorit olduğunu da əminliklə iddia edə bilmərik. Çünki “Qarabağ” Azərbaycan çempionatının səviyyəsini aşan klubdur. “Köhlən atlar”a da Avropada ciddi rəqib kimi hörmət olunur. Yəni “Qarabağ”ı kimsə zəif rəqib hesab etmir, xüsusən də Bakıda keçirilən oyunlarda. Əgər “Bazel” “Qarabağ”a qeyri-ciddi rəqib kimi yanaşacaqsa, bu, “köhlən atlar”ın işinə yarayacaq". pizza sifarişi

Natiq Muxtarlı deyib ki, bütün hallarda, azarkeşlər eyni səviyyəli iki rəqibin qarşılaşmasını izləyəcək: “Qarabağ” öz oyununu diktə edə bilsə, qalib gəlmək şansı var. Bu qarşılaşmada hər iki rəqibin ehtiyatı əldən verməyəcəyi dəqiqdir. Maksimum az səhv edən və imkanlardan da maksimum yaralanmağı bacaran komanda qalib gələcək. “Qarabağ” Bakıda keçirdiyi oyunlarda Avropa nəhənglərindən də çəkinməyib. “Bazel”dən də çəkinməyə ehtiyac yoxdur. Sadəcə oyun intizamını qorumaq, səhvsiz oynamaq, imkanlardan maksimum yararlanmaq şərtdir. Belə olacağı təqdirdə, “Bazel”i məğlub etmək də mümkündür.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!