“Qarabağ” birinci hissədə fantastik oynadı” - “Ayaks”ın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” birinci hissədə fantastik oynadı” - “Ayaks”ın baş məşqçisi

İdman

24 Oktyabr 2024 23:58 697


"Qarabağ" ilk dəqiqələrdən sürətli mübarizəyə üstünlük versə də, oyun bizim xeyrimizə bitdi".

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri "Ayaks"ın baş məşqçisi Françesco Faroili deyib.

İtaliyalı mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" (Niderland) matçının nəticəsinin şərh edib: Toyuqlu pizza

"Əvvəlcədən çətin oyun olacağını bildirmişdim. Ancaq futbolçularım yaxşı oyun nümayiş etdirdilər. Xüsusilə qeyd etmək lazımdır ki, "Qarabağ" birinci hissədə fantastik oynadı. Bu oyun tərifə layiq idi. Əlbəttə ki, qırmızı vərəqənin matçın gedişatına təsiri oldu. İlk qoldan sonra oyunda üstünlüyü ələ ala bilmişdik. Üçüncü qola kimi oyun gərgin keçdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt referilərin qərarlarını müzakirə etmirik".

Qeyd edək ki, "Qarabağ" Bakıda "Ayaks"a 0:3 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!