“Qarabağ“ “Braqa” ilə oyunların iştirak ərizəsini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ “Braqa” ilə oyunların iştirak ərizəsini açıqladı

İdman

03 Fevral 2024 14:43 1041


“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçunun adını sifariş edib. pizza sifarişi

Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!