“Qarabağ” – “Braqa” oyununun hakimləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” – “Braqa” oyununun hakimləri bəlli oldu

İdman

20 Fevral 2024 10:35 837


Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.

Yenisabah.az xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. pizza hut

VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!