“Qarabağ” “Braqa”nı keçsə, nə qədər pul qazanacaq?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Braqa”nı keçsə, nə qədər pul qazanacaq?

İdman

18 Fevral 2024 00:09 1745


Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” səfərdə “Braqa”nı 4:2 hesabı ilə məğlub etdi.

Yenisabah.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu mərhələdə qələbəyə görə klubun şəxsi balansına xallar gəlmədi. Hesabında 31,000 əmsal olan “köhlən atlar” UEFA-nın klub sıralamasında 60-cı sırada qərarlaşıb. 

Ağdam təmsilçisi ölkəmizin xeyrinə iki və ya 0,5 əmsal əlavə etdi. Bununla da, hesabında 19,625 əmsal olan Azərbaycan Slovakiyanı geridə qoyaraq 27-ci sıraya yüksəldi.  Sezar pizza

Maliyyə olaraq bu qələbəyə görə hələlik heç nə əldə edilmədi. Lakin mərhələni keçsə, 1,2 milyon avro (2 milyon 194 min 800 manat) qazanacaq. Bundan əlavə, TV gəliri də əldə edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!