"Qarabağ"ın futbolçusu Ailton Silva mövsümün sonunda klubdan ayrıla bilər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Almaniyanın məşhur "Bild" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdam klubu müdafiəçi üçün 1.5 milyon avro ödəyə bilməyəcək.
Bu səbəbdən onun komandada qalacağı real görünmür.
Qeyd edək ki, Ailton Silva ötən mövsümdən icarə əsasında "Qarabağ"da çıxış edir. O, müqavilə ilə "Ştutqart"a məxsusdur. Futbolçunun müqaviləsi mövsüm sonunda başa çatacaq. Telegram kanalımız