“Qarabağ” bu gün AvroLiqada pley-off oyununa çıxır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu gün AvroLiqada pley-off oyununa çıxır

İdman

24 Avqust 2023 09:17 578


"Qarabağ" komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək. 

Yenisabah.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın "Olimpiya" klubunun qonağı olacaq. “Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək.

Ağdam klubu əvvəlki raundda Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb. Lyublyana təmsilçisi isə Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına uduzaraq "köhlən atlar"a rəqib olub. Marqarita pizza

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

24 avqust

22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Georgi Kabakov

Lyublyana, "Stoyitse" stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!