“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək 

İdman

16 İyul 2024 10:44 765


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək. 

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq. 

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.  Pepperoni pizza

Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək. 

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!