“Qarabağ” bu gün İsveçə gedir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu gün İsveçə gedir

İdman

03 Oktyabr 2023 15:42 487


UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Hekken” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. 

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, komanda saat 18:00-da İsveçə yollanacaq. “Qarabağ” “Scandic Opallen Hotel”də məskunlaşacaq.

Baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubirin iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 4-ü Bakı vaxtı ilə 20:40-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq isə Bakı vaxtı ilə 21:00-da matçın oynanılacağı “Ullevi” stadionunda keçiriləcək. Dominos pizza

Qeyd edək ki, oktyabrın 5-i  oynanılacaq “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!