“Qarabağ” bu gün “Molde”nin qonağı olacaq 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu gün “Molde”nin qonağı olacaq 

İdman

30 Noyabr 2023 09:26 1073


"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. 

Yenisabah.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə "Molde"nin qonağı olacaq. 

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idatə edəcək. pizza hut

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın "Bayer 04" klubu İsveçdə "Hakken"in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika).

Norveç. Molde stadionu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!