“Qarabağ” bu mövsüm ilk dəfə məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu mövsüm ilk dəfə məğlub oldu

İdman

16 Aprel 2023 21:05 1076


Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun sonuncu və mərkəzi qarşılaşmasında ikinci yerdə olan "Sabah" lider "Qarabağ"ı qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu, "Qarabağ"ın mövsümdə ilk məğlubiyyətidir. Bu qələbə ilə "Sabah" liderlə arasındakı xal fərqini 9-a endirə bilib.

Qeyd edək ki, turun digər görüşləri 14 və 15 aprel tarixlərində oynanılıb.  Marqarita pizza

 

16 aprel (bazar)

19:00. "Sabah" - "Qarabağ" - 2:1 

Qollar: Coy Lens Mikels, 72, 76 - Riçard Almeyda, 86-pen.

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev

"Bank Respublika Arena".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!