“Qarabağ” bu transfer üçün milyonlarla puldan İMTİNA EDƏCƏK?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” bu transfer üçün milyonlarla puldan İMTİNA EDƏCƏK?

İdman

24 Mart 2024 09:50 2027


"Beşiktaş" növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb. Cari mövsümdə çempionluq yarışını erkən tərk edən "Qara Qartal" iddialı heyət qurmaq niyyətindədir.

Bu məqsədlə klubun futbol direktoru Samet Aybaba xaricdə bir çox matçı izləyərək, futbolçu seçir.

Klub rəsmisi Avropa Liqaının "Bayer" (Leverkuzen) - "Qarabağ" matçını canlı izləyib. Dominos pizza

"Fotomaç"ın məlumatına görə, Samet Aybabanın ən çox bəyəndiyi futbolçu "Qarabağ"ın üzvü Juninyo olub. Məlumata görə, İstanbul klubu "Bayer"lə oyunlarda 2 qol vuran braziliyalının trasnferi üçün artıq hərəkətə keçib.

Bildirilir ki, Samet Aybaba rəhbərliyə təqdim etdiyi hesabatda Juninyo üçün "Çoxşaxəli oyunçudur, onu heyətimizə qatmaq bizə böyük güc verəcək" yazıb. Bu hesabatdan sonra "Beşiktaş" rəhbərliyi "Qarabağ"la ilkin danışıqlar aparıb.

Məlumata görə, Ağdam klubu Juninyo üçün 8 milyon avroluq transfer haqqı tələb edib. "Fotomaç"ın məlumatına görə, "Qarabağ" danışıqlar zamanı bu məbləğdə güzəştə gedə bilər. / Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!