Azərbaycan çempionu "Qarabağ" iyunun 11-dən etibarən yeni mövsüm üçün hazırlıqlara start verəcək.
Bu barədə Qol.az saytına açıqlamasında klubun məbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, hələlik yoxlama oyunları keçirəcəkləri komandaların adlarının məlum olmadığını deyib: "İyunun 11-dən Bakıda təlim-məşq toplanışımız başlayacaq. Həmin ayın 22-də isə Avstriyaya yollanacağıq. Hələlik yoxlama oyunlarındakı rəqiblərimiz bəlli deyil. Bakıya nə vaxt qayıdacağımız da bilinmir. Bu, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkündən asılı olacaq. Bəlkə də püşkdə elə bir komanda düşəcək ki, biz Avstriyadan birbaşa o ölkəyə səfər edəcəyik. Əksinə də ola bilər".
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. Oyunlar isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək. Toyuqlu pizza
Telegram kanalımız