"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakuv"u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş matç heç-heçə başa çatıb - 1:1. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığından "Rakuv" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək. Pepperoni pizza
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" - "Rakuv" (Polşa) - 1:1
Qollar: Redon Cica, 60 - Tudor, 51
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun - 2:3
Telegram kanalımız