“Qarabağ” Çempionlar Liqasının matçlarını bu stadionda keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Çempionlar Liqasının matçlarını bu stadionda keçirəcək

İdman

19 İyun 2020 14:01 762


Ardıcıl 7-ci dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, Klubun baş meneceri Asif Əsgərov Qol.az-a açıqlamasında komandanın əvvəlkitək Tofiq Bəhramov adına Respublika stadionunda oynayacağını bildirib.

Ağdam təmsilçisi təsnifat mərhələsinin matçları üçün UEFA-ya bu arenanı sifariş edib. Toyuqlu pizza

Qeyd edək ki, “Qarabağ” ÇL-in 2020/21 mövsümünün 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin püşkü avqustun 9-da atılacaq.

     

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!