“Qarabağ”  Çempionlar Liqasının tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Çempionlar Liqasının tarixinə düşdü

İdman

03 Yanvar 2024 14:21 1523


Ofisi İngiltərədə yerləşən “GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib.

Yenisabah.az xəbər verir ki, saytın ekspertləri siyahını klubların, ilk növbədə, iqtisadi vəziyyətini, sonra tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlayıb. Bu zaman təsnifat mərhələləri deyil, yalnız qrup mərhələsində iştirak əsas götülüb.

Qeyd edək ki, reytinqdə Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb. Sezar pizza

Sözügedən siyahıya düşən 10 komanda aşağıda adları qeyd edilənlərdir:

1. “Unirea Urziceni” (Urziçen, Rumıniya)

2. “Sheriff Tiraspol” (Tiraspol, Moldova)

3. “FC Astana” (Astana, Qazaxıstan)

4. “Qarabağ” (Ağdam, Azərbaycan)

5. “BATE Borisov” (Borisov, Belarus)

6. “Maribor” (Maribor, Sloveniya)

7. “APOEL Nicosia” (Nikosiya, Kipr)

8. “Viktoria Plzen” (Plzen, Çexiya)

9. “FC Krasnodar” (Krasnodar, Rusiya)

10. “Royal Antwerp” (Antverpen, Belçika)

Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümündə Azərbaycan futbol tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmış yeganə komandadır. Bu mərhələdə onlar “Chelsea” (İngiltərə), “Roma” (İtaliya) və “Atletico de Madrid” (İspaniya) ilə mübarizə aparıb. Qurban Qurbanovun komandası “Atletico” ilə hər iki oyunda heç-heçə edib (0:0, 1:1) digər dörd matçda isə uduzub və qrupu 2 xalla sonuncu yerdə tamamlayıb. / Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!