“Qarabağ” da, “Bayer” də çox yaxşı formadadır” - Baş məşqçi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” da, “Bayer” də çox yaxşı formadadır” - Baş məşqçi

İdman

24 Oktyabr 2023 12:18 342


"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov bu həftə "Bayer"lə (Almaniya) "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının oyunu ilə bağlı fikirlərini bildirib. 

Yenisabah.az xəbər verir ki, o, qol.az saytına müsahibəsində bildirib: "Mənə elə gəlir ki, "Bayer"lə matç bu mövsüm "Qarabağ"ın ən böyük sınağı olacaq. Mən də "Bayer"lə oyunu maraqla gözləyirəm. Çünki bu gün "Bayer" Avropada ən yaxşı formada olan komandalardan biridir. "Qarabağ" da uğurlu çıxış edir. İnanıram ki, "Qarabağ" yaxşı mübarizə aparacaq". 

A.Abbasov Ağdam təmsilçisinin qrupdakı hər iki oyunda qalib gəlməsinə də toxunub. Onun fikrincə, 6 xal qrupdan çıxmağın 60-70 faizinin təminatıdır: "Bizə lazımdır ki, "Molde"yə, "Hekken"ə məğlub olmayaq. Məncə, "Qarabağ" çox yaxşı başlayıb. Bu gün çox yaxşı formadadırlar. İnanıram ki, qrupdan çıxmağı bacaracaqlar. Azərbaycan futbolu adına yeni uğurlar qazana bilərlər".  Sezar pizza

Xatırladaq ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun oktyabrn 26-də Leverkuzendə, cavab görüşü noyabrın 9-u Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!