“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırdı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırdı

İdman

20 İyul 2020 14:30 972


Azərbaycan Premyer Liqasında 2019/2020  mövsümünün qalibi olan "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. 

Yenisabah.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. 

Qeyd edək ki, Araz Abdullayev müqavilə ilə Yunanıstanın “Panionis” klubuna məxsus olub. "Qarabağ" 2018-ci ildə 28 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Abdullayevin Yunanıstan təmsilçisi ilə də sözləşməsi bitib.  pizza hut

"Qarabağ" daha əvvəl Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə də yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vurub və "Zirə"nin baş məşqçisi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!