“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Dinamo” matçı məşhur hakimə tapşırıldı 

İdman

26 Avqust 2024 13:50 378


"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb. 

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. 

Oyunu tanınmış referi Maykl Oliver idarə edəcək. Maykl Oliver DÇ-2022 və Avro-2024-ün final mərhələsinin oyunlarını idarə edib.  Dominos pizza

Ona yan xətdə Stuart Burt və Lee Betts kömək edəcək. Kris Kavanaq isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.  VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud iş başında olacaq. 

Qeyd edək ki, avqustun 28-də Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo"  oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!