“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Dinamo” matçının biletləri satışa çıxarılır 

İdman

22 Avqust 2024 09:15 482


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin“Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. 

Yenisabah.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.  Marqarita pizza

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. 

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!