Qarabağ diplomatiyasının ağır artilleriyası – 41 yaşın Hikməti

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ diplomatiyasının ağır artilleriyası – 41 yaşın Hikməti

Siyasət

15 Oktyabr 2020 11:00 2115


Müharibə başladıqdan sonra diplomatik cəbhədə qısa zamanda cəmiyyətin simpatiyasını qazanmağı bacaran Prezidentin köməkçisi Hikmət Hacıyev üçün bu gün özəl gündür.

Yenisabah.az xatırladır ki, o, 1979-cu ildə son günlər erməni terrorçularının hədəfə çevirdiyi Gəncə şəhərində doğulub. Diplomat uşaqlıq illərini burada keçirib, orta təhsilini 24 saylı orta məktəbdə başa vurub. Daha sonra  Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Bununla yanaşı, Hacıyev   NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi və Belçikanın ULB universitetinin magistr pilləsinin məzunudur.

Bu gün gördüyü işlərlə xalqın sevimlisinə çevrilən Hikmət Hacıyev əmək fəaliyyətinə 2000-ci ildən başlayıb . 2000-2008-ci illər arasında  Azərbaycanın NATO ‎nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində çalışıb. Bu ona diplomatik sahədə yetərli təcrübə toplamağa imkan yaradıb. Hacıyevin kariyerasındakı yüksəlişi 2013-cü ilə təsadüf edir. Həmin ildə o, Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.  2014-2018-ci illərdə isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat ‎xidmətinin rəhbəri vəzifəsini icra edib. Marqarita pizza

Bildirək ki, Hikmət Hacıyev  9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub. 26 noyabr 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub. Qeyd etmək lazımdır ki, Hacıyev rus, türk, ingilis və fransız dillərində Azərbaycan dilində olduğu kimi aydın və axıcı danışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!