Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşdi

İqtisadiyyat

19 Yanvar 2021 13:15 783


Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.

Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır: Marqarita pizza

1. müvafiq sahənin inkişafını təmin etmək;

2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;

5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;

6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;

7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!