Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapıldı - Foto

Hadisə

12 Fevral 2021 22:30 921


İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və müharibə bitsə də, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb.

Yenisabah.az xəbər verir ki, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi bu gün Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir və ailəsi illərdir ki, müvəqqəti olaraq məcburi köçkün qismində Naftalan şəhərində məskunlaşıb. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu (MAXHHQ) kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edib. Ailəsi ilə ən son sentyabr ayının 27-də rabitə əlaqəsi yaradıb. Anası Tünzalə xanıma mesaj yazaraq, "Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm" deyə yazıb. Toyuqlu pizza

Qeyd edək ki, nəşi tapılan şəhid döyüşçü sabah Naftalanda son mənzilə yola salınacaq.

Allah rəhmət eləsin!

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!