"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.
"Yeni Sabah" xəbər verir ki, ölkəkəmizin bu turnirdəki yeganə təmsilçisi İrlandiya "Dundalk"ını qəbul edib.
Komandamız 3:0 hesablı nəticəylə 3-cü mərhələyə adlamağı bacarıb.
Qələbə qollarını 12 və 87-ci dəqiqədə Xayme Romero, 76-cı dəqiqədə isə Ailton Silva vurub.
"Qarabağ" 3-cü mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, səfərdəki matç 1:1 hesablı bərabərliklə bitmişdi.
Telegram kanalımız