Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
“Yeni Sabah” xəbər verir ki, ölkəmizin qitənin bir nömrəli turnirindəki yeganə təmsilçisi İrlandiyanın “Dundalk”ı ilə qarşılaşacaq. Dalğa Arenada baş tutacaq qarşılaşmaya yerli vaxtla 21:00-da start veriləcək. İlk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Əgər "Qarabağ"bu rəqibini keçərsə, növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.
Telegram kanalımız