“Qarabağ” dünya reytinqində 13 pillə irəlilədi 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” dünya reytinqində 13 pillə irəlilədi 

İdman

09 Aprel 2024 10:06 1267


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

Yenisabah.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. 

13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.  Marqarita pizza

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!