“Qarabağ“ dünya reytinqində “Fənərbağça“ ilə eyni sıradadır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ dünya reytinqində “Fənərbağça“ ilə eyni sıradadır

İdman

11 Sentyabr 2022 11:50 1016


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Yenisabah.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb. Pepperoni pizza

Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir.

İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!