“Qarabağ” dünyada 39-cudur

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” dünyada 39-cudur

İdman

27 Sentyabr 2023 10:33 542


Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın 69 liqasında rəqiblərinə qarşı ən dominant oyun göstərən komandaların adlarını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, reytinq 4 oyun hərəkəti üçün rəqiblərə nisbətən orta performans nisbəti əsasında qurulub. 

Bunlar qapıya zərbə, rəqibin cərimə meydanı həndəvərindən zərbə, dəqiq ötürmə və meydanın rəqibə aid hissəsindəki dəqiq ötürmələrdir.  pizza mizza

Azərbaycan klublarından ən yaxşı göstəriciyə malik olan “Qarabağ”dır. Qurban Qurbanovun komandası Misli Premyer Liqasının ilk 6 turunda 1,88 reytinq xalı toplayıb. Ağdam təmsilçisi sözügedən göstəricilərdə dünyanın ən yaxşı 39-cu komandasıdır. 

Siyahıya Bolqarıstanın “Levski” klubu başçılıq edir. Sofiya təmsilçisinin reytinqi 3,31-dir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!