“Qarabağ” “Elfsborq”un qonağı olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Elfsborq”un qonağı olacaq

İdman

12 Dekabr 2024 08:53 487


Bu gün UEFA Avropa Liqasında VI turun görüşlərinə yekun vurulacaq, təmsilçimiz "Qarabağ" İsveç səfərində "Elfsborq"la qarşılaşacaq.

“Yeni Sabah” xəbər verir ki, aktivində üç xalı olan və 32-ci pillədə qərarlaşan "köhlən atlar" rəqibi məğlub edərək növbəti mərhələyə yüksəlmə şansını gücləndirmək niyyətindədirlər. Amma dörd xalla 28-ci sırada yerləşən "Elfsborq"la görüşdə bu, heç də asan vəzifə sayılmır.

"Qarabağ"da Bəhlul Mustafazadə və Kevin Medinanın yoxluğu Qurban Qurbanovun işini çətinə sala bilər. "Elfsborq" isə təmsilçimizlə görüşə itkisiz çıxacaq. Pepperoni pizza

Qeyd edək ki, böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

12 dekabr

UEFA Avropa Liqası

VI tur

Saat 00:00, "Elfsborq" - "Qarabağ"

"Boras Arena"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!