Qarabağ əlillərinə 50 maşın verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ əlillərinə 50 maşın verildi - Fotolar

Sosial

09 Avqust 2019 12:37 878


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına səbəb olub. Bu islahatlar 4,2 milyon insanın rifahına ciddi dəstək olub.

V.Nəsirli qeyd edib ki, 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub, hazırda təqdim olunanlar da daxil olmaqla onlardan artıq 280 avtomobil verilib. Toyuqlu pizza

Nazir müavini deyib ki, bununla da indiyədək müharibə əlillərinə 6424 minik avtomobili verilib. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 2019-cu ildə azı 800 mənzil verilməsi planlaşdırılıb, bu ilin ötən dövründə onlardan artıq 110 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!