“Qarabağ“ Emil Balayevlə danışıq aparır? - Klub rəsmisindən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Emil Balayevlə danışıq aparır? - Klub rəsmisindən açıqlama

İdman

24 İyun 2020 20:36 1164


"Qarabağ"ın direktoru Emrah Çelikel "Zirə" ilə müqaviləsi başa çatan Emil Balayevi transfer etdiklərinə dair xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, klub rəsmisi "Report"a açıqlamasında Azərbaycan millisinin qapıçısı ilə danışıq aparmadıqlarını söyləyib.

O, ümumiyyətlə, bu məsələdən xəbərsiz olduğunu deyib: "Məndə belə bir informasiya yoxdur. Demirəm ki, Emili transfer edəcəyik və ya etməyəcəyik. Sadəcə bu günə olan məlumat belədir". pizza mizza

Mövsümün sonunda "Qarabağ"la icarə müqaviləsi başa çatan Araz Abdullayevin komandadakı gələcəyindən də söz açan direktor məsələnin açıq qaldığını vurğulayıb: "Araz bizdə icarə əsasında çıxış edirdi. Müqaviləsi bitib. Amma hələ onunla bağlı məsələ də dəqiqləşməyib. Qurban Qurbanovla görüşümüzdən sonra bütün suallara aydınlıq gələcək".

Qeyd edək ki, Emil Balayev ötən mövsümün ilk hissəsini Qazaxıstanın "Tobol" klubunda keçirib. Araz Abdullayev isə müqavilə ilə Yunanıstan "Panionios"una məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!