Qarabağ erməniləri aclıq təhlükəsiylə üzləşib

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri aclıq təhlükəsiylə üzləşib

Siyasət

02 Aprel 2020 14:42 712


Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Qarabağ rejiminin rəhbərliyi koronavirusla bağlı ciddi narahatlıq keçirir.

Yenisabah.az xəbər verir ki, qondarma rejimdə keçirilən “prezident” seçkilərinin favoriti Araik Arutunyan giriş-çıxışın Ermənistanla da bağlı olduğu Qarabağda əhalini aclıq gözlədiyini etiraf edib.

“Bizim rezervlərimiz elə çox deyil ki, belə ağır problemin öhdəsindən gələ bilsin. Qətiyyətli addımlar atılmasa, bizi bəla gözləyir. Qarabağda ərzaq, energetika və hərbi təhlükəsizlik sahəsində ciddi problemlər var”. Dominos pizza

O, pandemiyanın avqusta qədər uzanacağı təqdirdə vəziyyətin kritik olacağını söyləyib.

“Bu halda, Ermənistanın pul ödəmək üçün balanası kəskin azalacaq və bu bizə ciddi zərbə vuracaq. Bu gün nə Qarabağa pul köçürmələri, nə də turist gəlir. İndi ekstremal vəziyyət hökm sürür, ərzaq problemi yaşayacayıq”-deyə separatçıların nümayəndəsi deyib. /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!